Özünü əməliyyat edən həkim danışdı
“Mən əməliyyatı əvvəldən axıra qədər özüm etməmişəm”.
Özü-özünü liposaksiya (piy sovurma əməliyyatı) etdiyini bildirən və sosial şəbəkədə video paylaşan bariatrik-estetik cərrah Mübariz Məmmədli teleqraf.com-a açıqlamasında belə deyib.
Cərrah belə bir əməliyyatın qeyri-mümkünlüyü iddiasından danışarkən bildirib ki, bədənini köməkçisi keyidib: “Paylaşdığım videodan da aydın görünür ki, əməliyyatı mən özüm icra edirəm. İnanmıralar, deyirlər ki, özü edə bilməz. Düzdür, əməliyyatın bir hissəsini köməkçim, kiçik hissəsini də özüm etmişəm.
Ümumilikdə əməliyyat 1 saat çəkdi, onun cəmi ilk 10-15 dəqiqəsini mən etmişəm. Əməliyyatı əvvəldən axıra kimi özüm etməyi planlaşdırmamışdım. Sadəcə əlcəkləri geyinib, belə bir addım atdım, o da böyük səs-sədaya səbəb oldu”.
Qeyd edək ki, plastik-estetik cərrahın özü-özünü əməliyyat etməsinə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov da münasibət bildirib. O, bu məsələni qeyri-ciddi adlandırıb: “Bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var”.
Hacıqulu Bağırov qeyd edib ki, həkimin özünü əməliyyat etməsi praktiki baxımdan mümkün ola bilməz: “İndi bütün dünyada əməliyyatların hamısı keyləşdirmə altında aparılır. Keyləşdirmə mərkəzi sinir sisteminə təsir göstərir. Keyləşdirmə altında olan şəxs öz-özünü necə əməliyyat edə bilər?! Ona görə də bunlar ciddi məsələlər deyil”.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...