Dövlət başçısı “Chevron”un vitse-prezidenti ilə görüşüb - Fotolar

23:41 22-01-2018 | icon 4137
Dövlət başçısı “Chevron”un vitse-prezidenti ilə görüşüb - Fotolar

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə prezident İlham Əliyevi təbrik edib. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.

 


Digər xəbərlər

0.33034610748291