“2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirildi

10:05 07-02-2018 | icon 3295
“2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirildi

31 yanvar 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal  gənclərinin yığıncağı keçirildi. Yığıncaqda Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini E.Abbasov, millət vəkili A.Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov iştirak edirdi. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan tədbir daha sonra  öz işini Heydər Əliyev Mərkəzindəki  Konfrans zalında davam etdirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov qeyd etdi ki, Bu tarixi gün Azərbaycanın mükəmməl dövlət kimi təşəkkül tapmasında ən mühüm rоl оynamış, xalqımızın Ümummilli Lideri Hеydər Əliyеvin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü və müvafiq fərmanı ilə 1997-ci ildən başlayaraq hər il “2 fevral  Azərbaycan gəncləri günü” ölkəmizdə geniş surətdə qeyd edilir. İri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən,  yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söylədi.   Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək,  dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı. Gənclər adından çıxış edən Könül Əhmədova  ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi Millət vəkili Aydın Hüseynov Azərbaycan gənclərin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışdı. Qeyd etdi ki,  aprel döyüşlərindəki qələbənin Qarabağın azad olunması uğrunda aparılan mübarizənin məntiqi nəticəsidir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramın”dan söz açdı.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


Digər xəbərlər

0.27251410484314