İlham Əliyev yeni səfir və konsul təyin etdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə konsul, Səudiyyə Ərəbistanı Krallığına isə səfir təyinatı ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib.
Şahin Şakir oğlu Abdullayev isə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığında yeni fövqəladə və səlahiyyətli səfiri olub.
Qeyd edək ki, Dubayda bundan öncəki baş konsul Pərviz Cəfər oğlu İsmayılzadə, Səudiyyə Ərəbistanındakı səfir isə Rasim Şəmsəddin oğlu Rzayev idi. Onlar prezidentin 29 yanvarda imzaladığı sərəncamla geri çağırılmışdılar.
-
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı təbrik edib
...
-
Abdullah Gül İlham Əliyevi təbrik etdi
...
-
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi oldu
...
-
COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
...
-
Prezident yeni universitetdən danışdı
...
-
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
...
-
Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdi - Video
...
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...