Azərbaycan nefti bahalaşıb

10:32 07-02-2018 | icon 283
Azərbaycan nefti bahalaşıb
loading...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 70,47 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,43 dollar/barel çoxdur. 

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 69,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 5-də 65,86 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,36 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 5-də 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.


Digər xəbərlər

0.22970080375671