Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı
Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.
Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.
FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.
Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Zərnigar Ağakişiyeva “Ötən ilin son gecəsi”, “Yol əhvlatı”, “Təhminə”, “Onun bəlalı sevgilisi”, “Ölsəm...bağışla”, “Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib.
Aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Ailə qurmayıb.
Allah rəhmət eləsin!
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...