Rauf Ağayev: "Belə cılız mübarizəniz yalnız özünüzə zərər vura bilər"

12:11 09-02-2018 | icon 4783
Rauf Ağayev:

"Sosial şəbəkəyə bağlı səhifədə zarafatla paylaşdığım şəkil siyasiləşdirilib."

Bu sözləri Elmi Tədqiqat Travmatologiya Ortopediya İnstitutunun şöbə müdiri Rauf Ağayev Meydan.tv adlı səhifənin siyasi təxribatla məşğul olması ilə bağlı   özünün facebook sosial şəbəkəsi hesabında yazıb.  

"Zarafatla paylaşdığım şəkili Meydan tv. siyasiləşdirib siyasi şərhlər yazdırır. Azərbaycan səhiyyəsini aşağılamaq, dövlətimizin və cənab Prezidentimizin apardığı siyasi kursa xələl gətirmək istəyir. Görün bunlar siyasi mübarizə aparmaq iqtidarında olmayıb nələrə əl atırlar. Məcbur qalıb 80-90-cı illərdə çəkilmiş və mənim zarafata paylaşdığım şəkili siyasiləşdirməklə özzlərini biabır edirlər.Nə qədər cılızlıq,zəiflik... Bildirim ki, mən 1998-ci ildən Elmi Tədqiqat Travmatologiya Ortopediya İnstitutunun YAP Ərazi İlk Təşkilat Komitəsinin sədr müaviniyəm. Dövlətçiliyimzə, cənab Prezidentimizin apardığı uğurlu siyasətə, milətimə, xalqıma sadiq insanam. Sizin belə cılız mübarizəniz yalnız özünüzə zərər vura bilər.  Bu dövlət, bu vətən öz sadiq övladıarını tanıyır. Sizin qurduğunuz oyunlarla onlara ziyan gəlməz" 


Digər xəbərlər

0.27891087532043