İlham Əliyevin sənədləri MSK-ya təqdim edildi

21:57 09-02-2018 | icon 3838
İlham Əliyevin sənədləri MSK-ya təqdim edildi

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edilib. 

Bu barədə partiyanın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki,  Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.


Digər xəbərlər

0.36284708976746