Portuqaliya Avropa çempionu oldu
Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatı başa çatıb.
Final qarşılaşmasında Portuqaliya və İspaniya üz-üzə gəlib.
Oyunun 1-ci dəqiqəsində Rikardinyo hesabı açaraq Portuqaliyanı önə çıxarıb. 19-cu dəqiqədə Tolranın və 32-ci dəqiqədə Linin qolu sayəsində ispanlar hesabda önə keçib. Bütün qüvvə ilə irəli atılan portuqallar 39-cu dəqiqədə istəklərinə çatıblar. Bruno Koelyo fərqlənərək, mübarizənin taleyini əlavə vaxta daşıyıb.
Əlavə vaxtda Bruno Koelyo yenə fərqlənərək Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. İspaniya isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, turnirdə 3-cü yeri Rusiya millisi tutub.
-
Azərbaycanda idman həftəsi başlayır
...
-
""Qarabağ"ın uğuruna sevinmirəm"
...
-
Premyer Liqada 2 turun oyunlarının başlama saatı açıqlandı
...
-
Azər Əliyev: “Azərbaycan idmanının bu cür nəticələr qazanması çox xoşdur”
...
-
Saatlıda ölüm-dirim matçı, “Ərgünəş” yenə xala yoxsuldu
...
-
"Qəbələ"ni zirzəmidən çıxarmaq çox çətin olacaq"
...
-
"Futbolçuların təcrübəsi gərgin keçən matçlarda öz sözünü deyir"
...
-
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb
...
-
Basketbol millimizdən tarixi qələbə
...
-
DÇ-2027: Millimiz Kosovaya qarşı
...