Baş nazirin müavini məzuniyyətə çıxdı

11:11 12-02-2018 | icon 3572
Baş nazirin müavini məzuniyyətə çıxdı

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov məzuniyyətə çıxıb.

Buna səbəb Ə. Əhmədovun 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilməsidir. 

O, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

 


Digər xəbərlər

0.29853487014771