Sudurğa keçirən qadın qatar yoluna yıxıldı - Metroda bədbəxt hadisə

23:24 13-02-2018 | icon 2771
Sudurğa keçirən qadın qatar yoluna yıxıldı - Metroda bədbəxt hadisə

Bakı metrosunun “İnşaatçı”lar stansiyasında intihara cəhd hadisəsi baş verib. 

Hadisə bir neçə dəqiqə əvvəl baş verib.

Orta yaşlı qadın qatar reyslərinin üstünə düşüb. Onu qatar yolundan çıxarıblar.

***

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Həzi Aslanov-Dərnəgül stansiyası istiqamətində hərəkət edən 35 saylı qatar “İnşaatçı”lar stansiyasın daxil olarkən qadın relslərin üzərinə yıxılıb: “O qatarın altından çıxarılıb, xəsarət almayıb. Hazırda qadının kimliyi müəyyənləşdirilir”.

***

Məlumata görə, hadisənin iştirakçısı 45 yaşlı epilepsiya xəstəliyi olan qadındır. O, sudurğa keçirərək yıxılıb. Qatar sürəti azaltsa da, qadının bir qədər üstünə çıxıb.

Xoşbəxtlikdən qadın relslərin arasındakı boşluğa düşdüyü üçün xəsarət almayıb.

Əraziyə çağırılan təcili tibbi yardım xidməti həkimləri tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərilib.

***

Qadının kimliyi müəyyənləşdirilib. O, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızıdır.

S.Məmmədova təcili tibbi yardım maşını ilə “Semaşko” xəstəxanasına aparılıb.


Digər xəbərlər

0.29201006889343