“Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi...” - Nazir

23:25 13-02-2018 | icon 3737
“Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi...” - Nazir

“Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”.
 
Bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb: “Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".
 
Nazirin sözlərinə görə, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.


Digər xəbərlər

0.25239896774292