“Jurnalistlərin binasından ev veriləcək” vədi ilə 70 mindən çox pul “atdı”
Bakı Ağır Cinayətlər Məhkəməsində öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəmədə təqsirləndirilən "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi keçirilib.
Hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
Sveta Qarayeva deyib ki, mərhum əri Bayram İsmayılov bu işdə zərərçəkmiş kimi tanınıb: “Gündüz ərimə saxta jurnalist vəsiqəsi vermişdi. Sonra da yoldaşımdan 33 min manat alıb, deyib ki, jurnalistlər üçün tikilən binadan ona ev verəcək. Bayram taski sürücüsü idi. Amma jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Onu axtarmağa başladıq, telefonuna zəng çatmırdı”.
G.Hüseynovun iş yoldaşı olan Xalidə İsmayılova da jurnalistlərin binasından ev almaq üçün ona pul verdiyini deyib: “Qəzetdə anamın imzası ilə yazılar verirdim. Gündüzə 41 min 500 manat verdim, əvəzində mənə jurnalistlərin binasından ev verəcəkdi”.
G.Hüseynov isə pulların başqa şəxsdə olduğunu deyib: “Xalidə xanımın pullarını Xəyyam İsmayılov “yeyib”.
Proses fevralın 20-də davam etdiriləcək.
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...
-
Profilində narkotiki təbliğ etdi, həbs olundu
...
-
DTX casusluq edən xarici ölkə vətəndaşını həbs etdi
...