Rektor qovulan tələbələrdən danışdı - “Səbəbkar özləridi”
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Rektor Trend-ə açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.
N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq artıq müddətə almasıdır:
“Belə bir qayda var ki, əcnəbi tələbələr Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə alırlar. Bu zaman mərhələ-mərhələ, kiçik müddətlərlə icazə alınır. Onlarsa gedib birdən-birə 5 illik icazə alıblar. Bu da qanunaziddir. Ona görə də o tələbələr qovulurlar. Dövlət Miqrasiya Xidmətinin özü də deyir ki, o tələbələr qovulmalıdırlar. Hələliksə tələbələrdən heç biri qovulmayıb. Onların qovulması hələ sual altındadır. Çünki Dövlət Miqrasiya Xidməti onlara icazə versə, qalacaqlar, əgər verməsə, gedəcəklər. Buna görə də hazırda qovulan tələbə yoxdur”.
N.Əliyeva hazırda magistraturada təhsil alan 2 əcnəbi tələbənin bununla bağlı probleminin olduğunu söyləyib.
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...