Yeni yaradılan agentliyə direktor təyin olundu
Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.
İqtisadiyyat nazirinin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov təyin olunub.
Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika nazirliyində başlayıb və 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat nazirliyində müxtəlif vəzifələrdə çalışıb və məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.
Evlidir,üç övladı var.
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...