Anara Prezidentin Fəxri diplomu təqdim edilib

19:03 15-03-2018 | icon 4099
Anara Prezidentin Fəxri diplomu təqdim edilib

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 yaşı tamam olur. Prezident İlham Əliyev martın 13-də yazıçının Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı 80 illik yubileyi münasibətilə Anara təbrik məktubu da ünvanlayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Əbülfəs Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. 

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

 




Digər xəbərlər

0.26758003234863