Mahir Mədətovla Ramil Şeydayev U-21 millimizdə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Gənclər millimizin baş məşqçisi Rəşad Sadıqov 25 futbolçuya dəvət göndərib.
Əsas millimizin də üzvü olan Ramil Şeydayev və Mahir Mədətov bu dəfə U-21 yığmamıza dəvət olunub. Sadıqov aşağıdakı futbolçulara dəvət göndərib:
Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Fəhmin Muradbəyli (Səbail), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Sərtan Taşkın, Cabir Əmirli, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), Hacıağa Hacılı, Qismət Alıyev, Murad Popov (hamısı “Qəbələ”), Ramil Şeydayev, Mahir Mədətov, Nicat Süleymanov (hamısı “Qarabağ”), İsmayıl İbrahimli (MOİK), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Ziya Əzizov (“Den Boş”, Hollandiya).
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 15-dən 19-dək Bakıda təlim-məşq toplanışında olacaq.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...