“Ölkəmizi tanıyaq” layihəsinin tur-aksiya iştirakçıları Bakı – Naxçıvan marşrutu istiqamətində yola salındılar

11:00 17-03-2018 | icon 259
“Ölkəmizi tanıyaq” layihəsinin tur-aksiya iştirakçıları Bakı – Naxçıvan marşrutu istiqamətində yola salındılar
loading...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq”  devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunmuşdur. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.Sayca 9-cu tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2018-ci il tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.
        Mart ayının 14-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur –aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirildi. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər.
Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmışdır. Bildirildi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olundu ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.
Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və Ə.Əmirov adına Mədəniyyət sarayının kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olundu.
Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xüsusi geyimlər müəyyən olunmuşdur.
Görüşdə çıxış edən valideynlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.
* * *
15 mart 2018-ci il  tarixində səhər saatlarında Qaradağ rayonundan seçilmiş nümayəndələr “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına qoşuldular.
Tur-aksiya iştirakçılarını Bakı – Naxçıvan marşrutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşdılar.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlarla döndüklərini qeyd edən natiq bu səfərin də çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı. Bu şəraiti yaratdığına görə şagirdlər dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Naxçıvan reysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salındılar. Şagirdlər dörd gün davam edəcək tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarixi abidələri, görməli yerləri, eyni zamanda sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.
Heydər Əliyev Beynəlxalq Hava Limanından Naxçıvan şəhərinə gedən şagirdlər Novruz Bayramı münasibəti ilə təşkil edilmiş konsert proqramını izlədilər.

 


Digər xəbərlər

0.1363570690155