Bu tunellə Bakıda tıxac azalacaq - Video
Paytaxtın Heydər Əliyev prospektində ölkənin ən böyük tunellərindən biri inşa olunur.
Tikintinin hazırkı vəziyyəti ilə bağlı məlumat verən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, inşaat işlərinin böyük hissəsi artıq yekunlaşıb:
“Yaxın iki ay ərzində işlərin tam olaraq yekunlaşdırılması planlaşdırılır. Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4,5 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.
Mətbuat katibinin sözlərinə görə, tunelin inşasında əsas məqsəd günün pik saatlarında “Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır:
“Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metrostansiyasının qarşısından keçərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Bu sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur”.
Nəcəflinin sözlərinə görə, yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər “Koroğlu” metrostansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən “Olimpiya” kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...