Bakıdakı məşhur mağaza rus müxalifətçinin qızının imiş - Fotolar
Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinə rəqib olan rus oliqarx Boris Berezovskinin ən yaxın adamlarından olan 68 yaşlı Nikolay Qluşkov Londonda ölüb.
London polisi N. Qluşkovun ölümü ilə bağlı cinayət işinə “qətl” maddəsi üzrə başlayıb.
Ekspertiza göstərib ki, Qluşkov boğulma nəticəsində dünyasını dəyişib.
İlkin olaraq Qluşkovun intihar etdiyi düşünülürdü.
Xatırladaq ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.
Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb.
N. Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən “Vault Prive” kişi aksessuarları butikindən gedir.
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...