Azərbaycanda intim xidmət təklif edən sayt yaradılıb - fotolar

13:14 17-03-2018 | icon 500
Azərbaycanda intim xidmət təklif edən sayt yaradılıb - fotolar
loading...

İnternetdə yeni, Azərbaycanda eskort-xidmətlər təklif edən ilk sayt yaradılıb.

Bakuescortgirls saytı .com domen zonasında yaradılıb. Bunu anlamaq olar: Azərbaycanın .az domen zonasında işləyən qanunları intim xidmətləri, yəni fahişəlik xidmətlərini təklif edən saytları qəti şəkildə qəbul etmir.

 

Belə ki, həmin saytın əsas səhifəsində aşağıdakı mətn yerləşdirilib:

“Biz Bakıda yüksək dərəcəli eskort-xidmətləri təklif etməkdən şadıq. Biz yüksək keyfiyyətə zəmanət verir, sizin gözəl bədən formasına malik xanımlarla kampaniyanızı təmin edirik.

Bizim təqdim etdiyimiz xidmətlər qüsursuzdur – eskort-xidmətlər üçün xanımlar gözəl görünür, seksualdırlar, zərif, ağıllıdırlar, yaxşı təxəyyülə, yumor hissinə malikdirlər və istənilən vəziyyətin öhdəsindən gələ bilərlərlər.

Bu, adi həyat tərzi sürən gənc xanımlardır. Onlar bəzən eskort-xidmətlər təklif edirlər, çünki zərif cənabların kampaniyasında olmaq maraqlıdır, onlar səyahət etməyi xoşlayır və istənilən ziyarətçinin həyatını bəzəyə bilərlər. Gənc xanımlar təhsillidirlər, onlardan bəziləri hələ də oxuyur, digərləri isə peşəkar model olaraq çalışırlar. Onlar entuziazmla zəngindirlər və sizə istədiyiniz şeyi təklif edə bilərlər.

Bizim gözəl xanımlarımız öz gənclikləri, zərifliyi, həssaslığı ilə sizi heyran edəcək və siz əlbəttə ki, onların xidmətlərindən razı qalacaqsınız. Siz özünüz də əmin ola biləcəksiniz ki, biz ən yüksək standartlara sadiqik və ən gözəl qızlarla əməkdaşlıq edirik”.

İnternetdə apardığımız axtarış nəticəsində məlum oldu ki, bu sayt Kristina Novikova adlı şəxs tərəfindən yaradılıb, saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsində yerləşir.

Saytda 7 qızın fotoşəkili yerləşdirilib və onlar aşağıdakı adlarla çıxış edirlər: Kristi, Olqa, Lətifa, Feyza, Uliana, Culiya və Xədicə.

Həmçinin saytda eskort-xidmətlərin qiymətləri də göstərilib. Belə ki, qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdır. 2 saatın qiyməti 450, 4 saatın qiyməti isə 600 manat təşkil edir. Qızlardan biri ilə gecə keçirmək 1000 manata, qızı 24 saatlıq məşğul etmək isə 1500 manata başa gələcək. Bundan başqa, saytda qiymət endiriminin mümkün olmadığı göstərilir, necə deyərlər “aşağı yeri yoxdur”.





















Digər xəbərlər

0.13527703285217