Qaradağda novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi
17 mart 2018-ci il tarixində Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşdü.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı.
Daha sonra görüş iştirakçıları çıxış edərək hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi.
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...