Deputatlarımız Rusiyada seçkiləri müşahidə edirlər - Foto

16:59 18-03-2018 | icon 3089
Deputatlarımız Rusiyada seçkiləri müşahidə edirlər - Foto

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyada prezident seçkilərini müşahidə edirlər.
 
Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.
 
Z. Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər.
 
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

 

 


Digər xəbərlər

0.25749611854553