Bakı Forumu başa çatdı

17:01 18-03-2018 | icon 114
Bakı Forumu başa çatdı
loading...

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.

O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb.

Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu deyib. O əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub.

Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.

 

 

Digər xəbərlər

0.27499389648438