Martın 19-da Bakıda bu yollar bağlı olacaq - Yol polisindən xəbərdarlıq
Martın 19-da Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
Bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.
Şöbə rəisi deyib ki, həmin gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.
Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
V.Əsədov tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib:
“Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar ki, Neftçilər prospekti boyunca “Formula 1” yarışının keçirilməsi ilə əlaqədar olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan istifadə etsinlər”.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...