Prezidentliyə namizədlər maliyyə hesabatı verəcək
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını səsvermə gününə ən tezi 20 gün qalanadək, yəni martın 22-dən, ən geci 10 gün qalanadək, yəni aprelin 1-ə dək təqdim etməlidir.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
-
Azərbaycan neftinin qiyməti 87 dollara çatır
...
-
“Nar” qəbul imtahanının bitməsi münasibətilə abituriyentləri təbrik edir
...
-
Taksilərin qiyməti bahalaşdı
...
-
Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi - Fotolar
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Neft Emalı Zavoduna yeni direktor təyin olundu
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Taksilərə nəzarət gücləndiriləcək - Layihə qəbul olundu
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...