Suvenir şamlarının içərisindən narkotik çıxdı - Fotolar
Tovuz Gömrük İdarəsinin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn, Türkiyə vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi "Mersedes Benz Travego" markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış "HEİMAN X-ray" markalı rentgen qurğusunda baxış keçirilib.
DGK-dan verilən məlumata görə, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.
Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300 mg" yazısı olan psixotrop tərkibli dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Zakir Fərəcov həbs olundu
...
-
Rəşad Dağlının qətl törətməsinin səbəbi və hadisənin təfərrüatı məlum olub
...
-
Rəşad Dağlı hadisədən sonra evə qayıdıbmış - Atası danışdı+Video
...
-
“Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu” - Bəraət alan qadın
...
-
“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”
...
-
Tuneldə dönmək istəyən “Prius” qəzaya səbəb oldu - Video
...
-
Vəkil Səbinəni belə aldadıbmış...
...
-
İki gəncin öldüyü qəzadan sonra maşından 40 min dollar oğurlanıb - Video
...
-
Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı
...
-
Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı
...