Suvenir şamlarının içərisindən narkotik çıxdı - Fotolar
Tovuz Gömrük İdarəsinin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn, Türkiyə vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi "Mersedes Benz Travego" markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış "HEİMAN X-ray" markalı rentgen qurğusunda baxış keçirilib.
DGK-dan verilən məlumata görə, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.
Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300 mg" yazısı olan psixotrop tərkibli dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...