Namizədlərin ödənişsiz təşviqatı barədə - Püşkatma keçirildi

11:04 22-03-2018 | icon 78
Namizədlərin ödənişsiz təşviqatı barədə - Püşkatma keçirildi
loading...

“Azərbaycan” qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. 

Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Dünən qəzetin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qəzet prezidentliyə qeydə alınmış namizədlər üçün ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb. Qanunvericiliyə uyğun olaraq həftə ərzində 8 min kv.sm, yəni 4 səhifə müəyyənləşdirilib.

Üç təşviqat həftəsi çərçivəsində 8 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetin 25 mart, 1 və 8 aprel tarixlərində dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib: 

1. Sərdar Məmmədov

2. İlham Əliyev

3. Qüdrət Həsənquliyev

4. Zahid Oruc

5. Araz Əlizadə

6. Fərəc Quliyev

7. Razi Nurullayev

8. Hafiz Hacıyev

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran bütün suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər.

 



Digər xəbərlər

0.28738307952881