Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü Qaradağda qeyd olundu

17:20 27-03-2018 | icon 3509
Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü Qaradağda qeyd olundu

28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə
Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov,
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Dövlət Təhlükəsizlik Xidmətinin
Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman
Mikayılov 28 mart – Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə
bütün orqan işçilərini təbrik etmişdir. O, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il
tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin
əsasında yaradıldığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının
Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa
qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik
aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul
olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan
Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış
beynəlxalq müqavilələr təşkil edir.  Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına
riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl
olunması ilə həyata keçirilir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli
maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin
nəticəsində Azərbaycanın hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində,
xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-
amanlığın qorunmasında DTX-nın xüsusi rol oynadığı nəzərə çatdırmışdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov
tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon şöbəsinin bir neçə əməkdaşına
fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.


Digər xəbərlər

0.5345139503479