“Alışanovu öldürərdim, heç tikəsi də tapılmazdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə A.Alışanovun vəkilləri təqsirləndirilən Ş.Əkbərova suallar versə də, o, cavablamaqdan imtian edib və Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə o barədə danışmayacağını deyib: “Mən Arif Alışanova qarşı sui-qəsd etməmişəm, mütəşəkkil dəstə yaratmamışam, silahlarım da olmayıb. Alışanov gəlsin, mənimlə üzləşsin. Sözünü desin, mən də cavab verim. Mənimlə tutulanların hamısı günahsızdır. Alışanovu öldürmək istəsəydim, başqa adamlar nəyimə lazım idi? Alışanovla görüşdüyüm dağlarda, dərələrdə onu öldürərədim, heç tikəsini də tapan olmazdı. Nə şahid olardı, nə də sübut. Arif Alışanov təkcə Şamaxıda 335 hektar torpaq alb, hamısını sıyahısı var. Mənim onunla münasibətim həmişə normal olub. Amma onun Şamaxıya gətirdiyi qızın ölümündən sonra aramız pozulub".
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...