Mehriban Əliyevadan yanğın qurbanlarına - 1,8 tonluq yardım
Heydər Əliyev Fondu Rusiyanın Kemerova vilayətində baş verən faciəli yanğında ölənlərin və zərər çəkənlərin ailələrinə 1,8 ton humanitar yardım göndərib. Yardım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Kemerovaya çatdırılıb.
Bu barədə Kemerova administrasiyası məlumat yayıb.
Heydər Əliyev Fondu Kemerovodakı faciənin acısını paylaşmaq, həlak olanların ailələrinin kədərini bölüşmək və zərərçəkənlərə dəstək məqsədilə yardım təşəbbüsü ilə çıxış edib. Azərbaycan hökuməti Fondun bu təşəbbüsünü dəstəkləyib.
Fondun prezidenti Mehriban Əliyeva və bütün Azərbaycan xalqı adından faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib və xalqımızın zərərçəkənlərin yanında olduğu bildirilib.
Yardımın ailələrə çatdırılması bu gün də davam edəcək. Onun böyük hissəsini qida məhsulları təşkil edir.
Xatırladaq ki, ticarət mərkəzində baş verən yanğında 41-i uşaq olmaqla 64 nəfər ölüb.
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...