Ronaldo möhtəşəm qoldan sonra Azərbaycanla oyunu xatırladı
“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya “Yuventus”unun qapısına vurduğu ikinci top barədə danışarkən Azərbaycanla oyunu xatırlayıb.
Portuqal futbolçu millinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb.
“Mən bir dəfə də belə qol vurmuşdum. 2012-ci il sentyabrın 11-də keçirilmiş həmin görüşdə top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, “Yuventus”a vurduğum ikinci top mənim ən gözəl qolumdur”.
Qeyd edək ki, Ronaldu “Yuventus”la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib. O həm də, “Yuventus”la qarşılaşdığı 6 oyunun hər birində fərqlənməyi bacarıb.
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...