Qiyməti 16 mindir - Azərbaycanda istehsal edilib
Yerli avtomobil markası olan "Xəzər" gələn aydan istehsal etdiyi avtomobillərin satışına başlayır. Bu barədə məlumatı "Azərmaş" ASC-nin idarə heyətinin sədri Emin Axundov verib.
O bildirib ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi avtomobillərin satışına gələn aydan başlanılacaq. Belə ki, növbəti ayda bazara 300 avtomobil çıxarılması nəzərdə tutulub.
"Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına çıxarılması gozlənilir.
E.Axundovun sözlərinə görə, hələ ki avtomobillərin ehtiyat hissələri zavoda idxal olunsa da, gələcəkdə həmin hissələrin də burada hazırlanması nəzərdə tutulub. Maşınların mühərrikinin həcmi 1,7 l-dir, qiymətləri isə 14-16 min arasında dəyişir.
Avtomobillərin ilk sifarişçisi İqtisadiyyat Nazirliyi olub. Belə ki, nazirlik zavoda 10 ədəd 14 minlik avtomobil sifariş verib.
Günel Hacı
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...