“Neftçi” “Fənərbaxça” və “Atletik”lə eyni qrupda

17:51 05-04-2018 | icon 4484
“Neftçi” “Fənərbaxça” və “Atletik”lə eyni qrupda

Aprelin 6-dan 8-dək Türkiyənin İzmir şəhərində keçiriləcək "İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək "Neftçi” PFK-nın U-12 komandası sabah ilk oyununa çıxacaq. 

Baş məşqçi Emin Salmanovun yetirmələri İtaliyanın "Sampdoriya” klubu ilə qarşılaşacaq.
 
56 komandanın iştirak edəcəyi turnirdə "Neftçi”nin B qrupundakı digər rəqibləri "Atletik” (İspaniya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə), "Altınordu Lacivert” (Türkiyə) və "Brommapoykarna” (İsveç) olacaq.


Digər xəbərlər

0.32328200340271