Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi - Video

17:52 05-04-2018 | icon 4036
Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi - Video

Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilər üçün nəzərdə tutulub.

Təxminən 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var.  Həmçinin 3 rejimdə xüsusi batareya ilə işləyir. 

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır. “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması  böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub".

Qeyd edək ki, keçən həftə aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “Kamaz”la vurularaq öldürülüb.

***

Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, jiletlər meriyanın verdiyi siyahı əsasında sifariş edilib: “Jiletlərin sayı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti sıyahı təqdim edib. Orada hansı rayonda neçə işçisinin olması və neçə jilet lazım olması göstərilib. Biz də həmin siyahıya uyğun olaraq jiletləri paylayırıq. Məsələn, bu gün Suraxanı rayonunda 79 jilet verildi, onların 90 işçisi var idi. Ehtiyat üçün bir neçə jilet də əlavə verilir. Paytaxtın bütün rayonlarına bu jiletlərdən paylanacaq. Gödəkçənin üzərində olan düymə vasitəsilə işıqlar 3 formada yanacaq – daimi yanan, yanıb-sönən və sürətli yanıb-sönən işıq forması. 

Növbəti günlərdə də paytaxtın digər rayonlarında jiletlər təhvil veriləcək”.

 

 

Digər xəbərlər

0.2836389541626