Tahir Gözəl mükafat alarkən Nəsiminin şeirini dedi - Video
Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) namizədləri sırasında azərbaycanlıların fəxri “Qarabağ” Futbol Klubunun adı olub.
"Fənərbaxça"nın basketbol üzrə komandası "İlin Komandası" mükafatına layiq görülüb.
"Qarabağ" isə "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı "Qarabağ"ın prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.
Tahir Gözəl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib: " "Qarabağ" Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu. Mən "Millyet" qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm. Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdi. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun".
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...