MSK-da seçkiöncəsi son iclas

19:29 10-04-2018 | icon 4742
MSK-da seçkiöncəsi son iclas

Mərkəzi Seçki Komissiyası artıq sabah baş tutacaq prezident seçkilərinə tam hazırdır. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, həm Azərbaycan daxilində, həm də Azərbaycan xaricində bütün seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb. MSK sədri bildirib ki, müşahidəçilərin çeşidi kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib:

“Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı cəhətdir”.

***

“Şəffaflıq seçkilərdə ən əsas amildir və hesab edirəm ki, aşkarlıq baxımından seçki məntəqələrində kifayət qədər missiya yerinə yetirən insanlar olacaq”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, seçki məntəqələrdə müşahidəçilər üçün xüsusi rahatlıq yaratmağa çalışmışıq: “Bütün seçki dairələri və seçki məntəqələri müasir və yaxşı şəraiti olan binalarda yerləşib. Çalışmışıq elə şərait yaradaq ki, müşahidəçilərin öz funksiyalarını yerinə yetirmək üçün heç bir əngəl olmasın”.

MSK sədri qeyd edib ki, seçkilərdə cavabhedliyi olan qurumlarla maarifləndirmə işi aparılıb: “Misal üçün cəzaçəkmə müsəssisələrində olan insanlar da səs verəcək. Bunun üçün Ədliyyə Nazirliyinin Pentensionar Xidməti ilə birgə tədbir keçirib, o cümlədən Səhiyyə Nazirliyi və digər qurumlarla tədbirlər təşkil edilib. Seçkilər günü təhlükəsizlik ən mühüm məsələlərdən biridir və təhlükəsizliyi təmin etmək üçün polis orqanlarının məsuliyyəti var. Ona görə də Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə tədbir keçirib”.

M.Pənahov vurğulayıb ki, aşağı seçki komissiyalarının üzvləri, kompüter mütəxəsisləri üçün seminarlar təşkil edilib, həm müşahidəçilər, KİV-lər və digər iştirakçılar üçün yaddaş kitabçaları hazırlanıb paylanılıb. MSK sədri əlavə edib ki, əlil insanların da səs verməsi üçün lazımi addımlar atılıb: “Bu baxımdan hesab edirəm ki, seçkilərin şəffaf keçirilməsi üçün hər hansı bir əngəl qalmayıb”.


Digər xəbərlər

0.25247001647949