Nardaranda qanunsuz silah-sursat saxlayanlar tutulub
Nardaran qəsəbə sakinlərindən xeyli silah aşkar edilərək götürülüb.
Qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib. Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
42-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan 1 ədəd “Karabin” markalı yivli tüfəng, 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd “AK 74” avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...