ATƏT missiyasının rəhbərindən səsvermə ilə bağlı açıqlama
“Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq”.
Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker deyib. O, 13 nəfərlik analitik qrupla birlikdə çalışdıqlarını söyləyib: “Bu gün beynəlxalq seçki müşahidə missiyamıza 350 müşahidəçi daxildir. Onlar ölkə üzrə müşahidə aparırlar. Sabah mətbuat konfransı keçirəcəyik və indiyə kimi olan müşahidələrimizi açıqlayacağıq. İki aydan sonra isə final hesabatımız olacaq”.
K. Yonker qeyd edib ki, DTİHB həmişə eyni metodologiya ilə işləyir: “Bütün üzv ölkələrdə eyni şəkildə müşahidə aparırıq. Biz dövlət rəhbərliyi ilə, siyasi partiyalarla, namizədlərlə, seçki administrasiyası, ənənəvi və müxalif media ilə görüşürük. Bütün müşahidələri bir hesabat şəklinə salırıq”.
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...