“Azərbaycanda cinayətkarlıq pik nöqtəyə çatmışdı” - Mədət Quliyev
“Azərbaycanın içində heç bir təhlükə, təhdid yoxdur. Sadəcə kənardan Azərbaycana qarşı iradələr var, müəyyən siyasətlər aparılır”.
Bunu jurnalistlərə açıqlamasında səsvermə prosesində iştirak edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib. O bildirib ki, hazırda Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir:
“Biz xoşbəxt adamlarıq ki, ulu öndər 1993-cü ildə xalqımızın iradəsi, tələbi ilə Azərbaycana qayıtdı, ölkəyə rəhbərlik elədi. Mənim yaxşı yadımdadır ki, 1988-1993-cü illərdə -proseslərdə aktiv iştirak edirdik. Azərbaycanda hərc-mərclik idi, cinayətkarlıq pik nöqtəyə çatmışdı. Heydər Əliyevin siyasəti ilə bu nöqsanlar aradan qaldırıldı.
Azərbaycan dünyada tanınır, möhtərəm prezidentimiz 9 aprel tarixində hökumətin iclasında öz fikirlərini dedi, proqramını açıqladı. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilib. Yəqin ki, özünüz də ayrı-ayrı dövlətlərə gedirsiniz, ölkəmiz dünyada tanınır. Siz gənclər də artıq 25 il bundan əvvəlki gənclər deyilsiniz, daha aktivsiniz, müasirsiniz. Bu hamısı ulu öndərin təməlini qoyduğu siyasətin nəticəsidir. Mən sizi də bu gün münasibəti ilə təbrik edirəm . İnsanlar gəlib istədikləri adamlara səs verirlər”.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...