Paytaxtda 100-ə yaxın “offroad” avtomobili ilə yürüş - Fotolar

11:59 12-04-2018 | icon 3312
Paytaxtda 100-ə yaxın “offroad” avtomobili ilə yürüş - Fotolar

Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası (AAF) aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədi ilə avtomobil yürüşü təşkil edib.

 100-ə yaxın “offroad” avtomobili ilə edilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Qeyd edək ki, avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.
Yürüşdə Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak edirlər.

İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə keçid ediblər.

 




















Digər xəbərlər

0.27103686332703