“Yuventus” son saniyədə şok yaşadı, Almaniyada qol olmadı 

12:01 12-04-2018 | icon 3694
“Yuventus” son saniyədə şok yaşadı, Almaniyada qol olmadı 

Bu gün Çempionlar Liqasında ¼ final mərhələsinə yekun vurulub.

“Real” öz meydanında “Yuventus”u qəbul edib.

İlk matçda öz meydanında 0-3 hesabı ilə məğlub olan "Yuventus" səfərdə eyni nəticəni əldə etməyə yaxın olub. Hesab 3-0 "Yuventus"un xeyrinə olarkən son saniyələrdə buraxılan qol bu klubun yarımfinal yolunu kəsib.

"Bavariya" - "Sevilya" matçında isə qol vurulmasa da, Almaniya təmsilçisi ilk matçdakı qələbə sayəsində yarımfinala yüksəlib.

Qeyd edək ki, dünən "Roma" və "Liverpul" adını yarımfinala yazdırıb.

“Real” – “Yuventus” - 1:3

Qollar: K. Ronaldo, 90+8 (pen.) - M. Mandzukiç, 2, 37; B. Matuidi, 61

Qırmızı vərəqə: C. Buffon, 90+3

İlk oyun - 3:0

"Bavariya" - "Sevilya"  -  0-0

Qırmızı vərəqə: X. Korrea, 90+2

İlk oyun - 2:1

 


Digər xəbərlər

0.29531788825989