“Burada məğlub olan yoxdur” - Zahid Oruc İlham Əliyevi təbrik etdi
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra prezidentliyə namizəd Zahid Oruc seçkilərin qalibi İlham Əliyevi təbrik edib.
Zahid Oruc təbrik mətnində bildirib:
“Səsvermənin nəticələri bir daha sübut edir ki, millətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər insanlarımız tərəfindən dərin ehtiram və qədirbilənliklə qarşılanır, milyonlarla yetkin vətəndaşımızın xeyir- duasına və inamlı səsinə çevrilir.
Burada məğlub olan yoxdur. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.
Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir”.
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...