“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a qarşı
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. Hər iki qarşılaşma eyni gündə baş tutacaq.
Günün ilk matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər.
Qəbələdə isə bu şəhərin eyniadlı təmsilçisi “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar indiyə qədər ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb - 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. “Neftçi” 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.
Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları
12 aprel
16:00. “Keşlə” - “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev.
Bakı. "İnter Arena”.
18:00. “Qəbələ” - “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...