“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir - FOTOLAR
18 aprel 2018-ci il tarixdə imzalanmış əməkdaşlıq razılaşması ilə "Nar" və ADA Universiteti mövcud əməkdaşlığı genişləndirməyə qərar verdilər. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına "Nar" operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.
Razılaşmanın imzalanma mərasimində "Azerfon" MMC-nin baş icraçı direktoru Qunnar Panke ADA Universiteti ilə əməkdaşlığın "Nar"-ın irimiqyaslı korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirdi.
"Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə verəcəkdir", - deyə cənab Panke qeyd etdi.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin "Nar"-ın sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil operator nümayəndələrinə minnətdarlığını bildirdi: "ADA-nın təklif etdiyi karyera yönümlü müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, "Nar"-ın öz sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin böyük fayda verəcəyinə biz də inanırıq".
"Nar" çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri kimi təhsil və maariflənmənin inkişafına dəstək çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurub, tələbələr üçün həvəsləndirici aksiyalar keçirib, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edib.
"Nar"-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...