Vüqar Həşimovun xatirə turniri başlayır

12:52 19-04-2018 | icon 3916
Vüqar Həşimovun xatirə turniri başlayır

Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.

 “ ShamkirChess2018” turnirinin mətbuat xidməti xəbər verir ki, əvvəlcə Vüqar Həşimovun həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub.

 

Açılış çıxışlarından sonra turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi ilə iştirakçılar arasında püşk atılıb. Püşkün nəticələrinə əsasən, aprelin 19-da turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen (2843) ilə Şəhriyar Məmmədyarov (2814) üz-üzə gələcəklər.

Qeyd edək ki, hər iki şahmatçı 2014-cü ildə də bu turnirin ilk turunda qarşılaşmışdılar. Püşkatmanın nəticələrinə əsasən ilk turda, həmçinin Veselin Topalov (Bolqarıstan, 2749)  Teymur Rəcəbovla (2748), Aniş Giri (Hollandiya, 2777) Sergey Karyakinlə (Rusiya, 2778), Dinq Liren (Çin, 2778) Radoslav Voytaşeklə (Polşa, 2744) və David Navara (Çexiya, 2745) Rauf Məmmədovla (2704) qarşılaşacaq.

 




Digər xəbərlər

0.25396490097046