Vüqar Həşimovun xatirə turniri başlayır
Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.
“ ShamkirChess2018” turnirinin mətbuat xidməti xəbər verir ki, əvvəlcə Vüqar Həşimovun həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub.
Açılış çıxışlarından sonra turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi ilə iştirakçılar arasında püşk atılıb. Püşkün nəticələrinə əsasən, aprelin 19-da turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen (2843) ilə Şəhriyar Məmmədyarov (2814) üz-üzə gələcəklər.
Qeyd edək ki, hər iki şahmatçı 2014-cü ildə də bu turnirin ilk turunda qarşılaşmışdılar. Püşkatmanın nəticələrinə əsasən ilk turda, həmçinin Veselin Topalov (Bolqarıstan, 2749) Teymur Rəcəbovla (2748), Aniş Giri (Hollandiya, 2777) Sergey Karyakinlə (Rusiya, 2778), Dinq Liren (Çin, 2778) Radoslav Voytaşeklə (Polşa, 2744) və David Navara (Çexiya, 2745) Rauf Məmmədovla (2704) qarşılaşacaq.
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...
-
"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar
...