“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası- FOTOLAR
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində daha bir sosial aksiyaya imza atdı. Autizmdən əziyyət çəkən uşaqlara dəstək olmağa qərar verən mobil operator bu çərçivədə “Nur” korreksiyaedici mərkəzlə əməkdaşlığa başladı. Belə ki, 23-27 aprel 2018-ci il tarixləri arasında qardaş Türkiyə Cümhuriyyətinin Alanya şəhərində keçiriləcək ANCA Dünya Autizm Festivalında “Nur” korreksiyaedici mərkəzdə müalicə alan 3 autizmli uşaq və 4 pedaqoqun iştirakı mobil operator tərəfindən təmin edildi.
ANCA Dünya Autizm Festivalı ilk dəfə 1995-ci ildə Kanadada keçirilib. Festival hər il müxtəlif ölkələrdə təşkil edilir. Bu il festivalda 35 ölkənin iştirakı gözlənilir. Azərbaycanı bu festivalda məhz “Nur” korreksiyaedici mərkəz təmsil edəcəkdir. “Nur” korreksiyaedici mərkəzdə defektoloq, loqoped, psixoloq, müalicəvi idman, yaşam və gimnastika müəllimi, xüsusi pedaqoqlar xidmət göstərirlər. Mərkəzdəki mütəxəsislər Daun sindromu, autizm, əqli inkişafın ləngiməsi, hiperaktivlik, eləcə də digər psixoloji və müxtəlif nitq problemlərinin reabilitasiyası ilə məşğul olurlar.
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar” uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...