Eldar Mahmudov məhkəməyə verildi
Keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudov və nazirliyin istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev məhkəməyə verilib.
“MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev E,Mahmudovla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib. O, qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib. Onun şikayəti əsasında məhkəmə prosesi hakim Sərdar Mehrəliyevin sədrliyi ilə aprelin 24-də keçiriləcək.
M.Mustafayev general M.Şıxəliyevə qarşı iddiasna isə Səbail rayon Məhkəməsində baxılacaq. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 63 min manat tələb edib. Bu iddia üzrə məhkəmə prosesi isə hakim Nurəddin Bağırovun sədrliyi ilə mayın 1-də keçiriləcək.
E.Mahmudov və M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də hər iki prosesə cavabdeh şəxs kimi cəlb edilib.
Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2 gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...